ISK-SODEX 2016 Istanbul


04-07 May 2016-ci il tarixində Türkiyənin İstanbul şəhərində "İSK-SODEX 2016 - Beynəlxalq İsitmə, Soyutma, Havalandırma, Nasos, Vana, Təsisat və Günəş enerjisi sistemləri" sərgisi keçiriləcək. Bu müddət ərzində Türkiyəyə ezam olunmuş nümayəndələrimizində sərgidə iştirakı, bir çox şirkət nümayəndələri ilə işgüzar görüşləri gözlənilir. Daim yeniliklərin araşdırılmasında, ən qabaqcıl texnologiyaların Azərbaycana gətirilməsində maraqlı olan "Yusi Ko" Şirkəti, bu görüşlərin nəticəsində yeni Əməkdaşlıqların yaradılmasını planlaşdırır. Qarşımıza qoyduğumuz məqsəd sadəcə inkişaf deyil, eyni zamanda Azərbaycan xalqına daha üstün keyfiyyətli xidmətlərin göstərilməsidir.